Bu gün "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının
İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin doğum günüdür. Vüqar müəllimin 56 yaşı
olur.
Azərbaycan mediasında hər kəsin özünə dost, qardaş, ustad bildiyi Vüqar
müəllim dövlətinə və vətəndaşına sədaqəti, sevgisi ilə nümunədir.
Özünün dərdini heç vaxt qabartmayan, amma başqalarının ağrılarını
ruhunda hiss edən Vüqar Rəhimzadə həm elmdə, həm də insaniyyətdə professordur.
Sağlam, rahat, azad həyat daim nəsibiniz olsun. Fərəhlənin, fərəhləndirin, Vüqar müəllim!
Mediaekspert.az